Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mikayıl Mirzəzadə: "20 Yanvar xalqımızın öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir"

Azərbaycan xalqının qürur ünvanına çevrilmiş 20 Yanvar hadisələrindən 29 il ötür.

Şəhidlərimizin mübarizə əzmi bizə müstəqilliyimizi bəxş edib.

Bu sözləri yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edən fəal gənc və internet media eksperti Mikayıl Mirzəzadə AZƏRTAC-a müsahibəsində deyib.

O bildirib ki, Qanlı Yanvar günlərində Azərbaycanın azadlığı uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı qırğın törədilib. 1990-cı il yanvarın 20-də baş verən faciəli hadisələr sovet imperiyasının xalqımıza qarşı törətdiyi amansız cinayət idi. Həmin gün dinc insanlar amansızlıqla qətlə yetirilib, ailələr başsız qalıb, minlərlə insan yaralanıb. İyirmi Yanvar xalqımızın öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

20 Yanvar faciəsinin xalqımızın azadlıq mübarizəsinin rəmzi olduğunu bildirən M.Mirzəzadə bu hadisənin bəşəriyyətə qarşı törədilmiş ən qanlı terror aktlarından biri olduğunu vurğulayıb.

Paylaş »
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən faktiki hava açıqlaması
››› Oktyabrın 27-nə olan hava proqnozu
››› Ömürlük status təklifi və veto hüququ
››› Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi vaxt açıqlanıb
››› Azərbaycan və Türkiyə Prezidentləri Zəngəzur dəhlizinin təməlini qoyublar
Son xəbərlər
Bütün xəbərlər »