Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yunanlar ad davasına qalxdı – Afinada həyəcan

Yunanıstanın paytaxtı Afina şəhərində ölkənin rəsmi Skopye ilə bağladığı müqaviləyə etiraz olaraq planlaşdırılan mitinqlə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, təhlükəsizlik tədbirləri ən yüksək həddə çatdırılıb.

Bizimyol.info Axar.az-a istinadən xəbər verir ki, mitinqin parlament yaxınlığındakı Sintaqma meydanından başlanması nəzərdə tutulub.

Mitinqlə əlaqədar səhər saatlarından etibarən Afinada mərkəzi yollar bağlanıb. Yüzlərlə avtobus ölkənin və şəhərin fərqli yerlərindən insanların mərkəzə gətirilməsinə cəlb olunub. Hökumət həmçinin metro stansiyalarının bağlanmasına qərar verib.

Qeyd edək ki, Afina ilə Makedoniya arasında bağlanmış müqaviləyə əsasən ölkənin adı dəyişdirilib. Bu müqavilədən isə həm yunanlar, həm də makedoniyalılar narazı qalıb. Yunanlar tarixi əyalətləri hesab etdikləri Makedoniyanın adının yalnız bu əraziyə məxsus olduğu fikrini müdafiə edir, Makedoniya müxalifəti isə ölkənin adının dəyişdirilməsinin xalqın milli kimliyinə xələl gətirdiyini bildirir.

Son xəbərlər
Bütün xəbərlər »