Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Haşımova dəhşətli gecədən danışdı

20 Yanvar gecəsini heç unutmadım. Günahsız yerə millətimin qanı töküldü...Bu işdə birbaşa əli olan Qorbaçovun və digərlərinin Allah cəzasını versin.

Bizimyol.info Teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Aybəniz Haşımova bildirib.

Onun sözlərinə görə, "Vətən" cəmiyyətinin xətti ilə Türkiyə səfərinə hazırlaşırmış və məşqdən evə qayıdanda "Qızıl ordu dairəsi"ndə bütün yollar bağlanmışdı: "İnsanlar küçələrdə təşviş içindəydilər. Soruşdum bu nədir? Dedilər, rus qoşunları şəhərə girməsin deyə insanlar toplaşıb. Heç çox keçmədi, yaşadığım evin eyvanında dayanıb hadisənin hara varacağını həyəcanla izləyirdim ki, birdən tanklardan dayandığım eyvana atəş açıldı, insanların qışqırığı, fəryadı göylərə qalxdı. Yanımda adamlar olmasaydı, bəlkə mən də bu gün həyatda olmayacaqdım", - deyə Aybəniz Haşımova qeyd edib.

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »