Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İçki məclisində dava düşdü: Bir nəfəri bıçaqladılar

Balakən rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bizimyol.info Report-a istinadən bildirir ki, bu gecə saat 00:03 radələrində rayonun 1988-ci il təvəllüdlü Xalatala kənd sakini Heltayev Ruslan Əli oğlu başın təpə hissəsinin kəsilmiş yarası ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı məlum olub ki, R.Heltayev həmkəndlisi ilə yeyib-içən zaman aralarında mübahisə düşüb. Bu zaman içkili vəziyyətdə olan qarşı tərəf əlində olan bıçaqla onun başına xəsarət yetirib. Yaralı başında cərrahiyyə əməliyyatı aparıldıqdan sonra xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

R.Heltayevi bıçaqlayan şəxs Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

İki gün əvvəl Samux rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »