Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyada robotlardan ən çox istifadə edən ölkələr – Siyahı

Elmi fantastik yazarların gələcəklə bağlı işlətdiyi cümlələrdən biri belədir: “robotlar insanları yeyəcək”.

Məcazi mənada söylənilən bu fikirlərin əslində, bilavasitə də olsa, elmi izahı var. Hazırda robotexnika öz inkişafının ən pik nöqtəsini yaşayır. Hətta bəzi ölkələr 2050-ci ildə sənaye və iş yerlərində insanlardan daha çox robotların işləyəcəyi, bunun da xeyli işçi ixtisarına səbəb olacağı ilə bağlı həyəcan təbili çalırlar. Bu ölkələrin başında inkişaf etmiş Qərbi Avropa ölkələri gəlir.

Bəs, bu gün hansı ölkələrdə robotların xidmətindən daha çox istifadə olunur?

Bizimyol.info Moderator.az-a istinadən xəbər verir ki, aparılan araşdırmalarda siyahının ilk pilləsində Cənubi Koreya gəlir.

Uzaq Asiya ölkəsində hər 10 min işçinin 661-i robotdur. Koreya bu göstərici ilə siyahıda şəksiz liderdir. 2012-2016-cı illəri əhatə edən araşdırmaya görə ölkədəki işlək robotların sayı 138 883-dür.

İkinci yerdə isə Sinqapur qərarlaşıb. Oradakı hər 10 min işçinin 488-i robotdur. Üçüncü yerdə qərarlaşan Almaniyada bu göstərici 308-dir.

Siyahıda hər zaman birinci olan Yaponiya bu dəfə yalnız dördüncülüklə kifayətlənməli olub. Ölkədə hər 10 min işçiyə 303 robot düşür.

İlk onluqdakı digər ölkələr: Danimarka (211), ABŞ (188), İtaliya (185), İspaniya (160), Kanada (145), Fransa (132).

Son xəbərlər
Bütün xəbərlər »