Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sürücülərin diqqətinə: Bakıda bəzi yol nişanlarında dəyişiklik edilir - Video
Gələn ayın 1-ə qədər paytaxtın bəzi küçə və prospektlərində dayanma və durma nişanlarında dəyişiklik ediləcək. Bakı Nəqliyyat Agentliyinin əməkdaşları sıxlığın az müşahidə olunduğu küçələrdə dayanma və durma nişanlarını sadəcə "durmaq qadağandır" nişanı ilə əvəzləyəcəklər.

Paytaxda bəzi küçə və prospektlərdə yol nişanlarında dəyşiklik ediləcək. Xüsusilə də son günlər sürücülərin narazılıq etdiyi dayanma və durma nişanları daha ciddi təhlil edilərək yenilənəcək.

Bu barədə məlumatı ''Xəzər Xəbər''ə Bakı Nəqliyyat Agnetliyinin mətbuat katibi Mais Ağayev deyib. Onun sözlərinə görə, yaxın bir həftə ərzində qanunsuz parklanmaya intelektual nəzarət sisteminin kameralarının fəaliyyət göstərdiyi küçə və prospektlərdə dayanma və durma qaydalarının pozulması hallarında azalmalar müşahidə edilir. Səbəb də həmin sürücülərin anında cərimə edilməsidir.

Bir çox sürücü, xüsusilə də taksi fəaliyyəti ilə məşğul olanlar bu cərimələrdən narazılıq edirlər. Onlar həmin ərazilərdə sərnişin düşürərkən cərimə olunmalarını düzgün hesab etmirlər. Buna görə də Bakı Nəqliyyat Agentliyi paytaxtın bəzi ərazilərində dayanma və durma nişanlarında dəyşiklik edəcək.

Yəni paytaxt nəqliyyatında sıxlığın az müşahidə edildiyi ərazilərdə dayanma və durma nişanı götürülərək, "durmaq qadağandır" nişanı ilə əvəz olunacaq. Sürücülərə həmin yerlərdə sərnişin düşürüb-mindirmək imkanı veriləcək. Mais Ağayev onu da bildirdi ki, nişanların dəyişdiriləcəyi ərazilər aparılacaq təhlillərdən sonra bəlli olacaq. İşlərin ümumilikdə gələn ayın 1-ə qədər yekunlaşdırılması planlaşdırılır.

Paylaş »
››› "Tarif Şurasının bu qərarı çox absurddur"
››› "Ölkədə qiymət artımı mütləq baş verəcək"
››› Elektrik enerjisinin və təbii qazın qiyməti bahalaşdı
››› Yaponiya-Rusiya münasibətləri: Gərginlik durmadan artır
››› Göyçay RİH-dən şəhid anası ilə bağlı cavab: “Artıq güzəştli mənzil uçotuna alınıb”
››› Əməkhaqları, pensiyalar və sosial müavinətlər artırılacaq - Prezidentin sərəncamı
››› Mahashta Murasi, buqələmun və Hüseynbala Mirələmov...
Son xəbərlər
Bütün xəbərlər »