Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dönərçi ata rəqqasə qızını hissələrə böldü - Dəhşətli qətlin təfərrüatı (Fotolar)
Ata qızını boğduqdan sonra bədənini hissələrə ayırıb və meşədə basdırıb.

Bizimyol.info Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin Ədirnə şəhərində dönərçiliklə məşğul olan 55 yaşlı Hasan Uslu 32 yaşlı övladı Didem Uslunu qətlə yetirib.

Ata prokurorluğa ifadəsi zamanı qızının psixoloji probleminin olduğunu deyib. Onun sözlərinə görə, Didemin Hasana "Sənin arvadın onunla-bununla yatır" deməsi atanı özündən çıxarıb.

"Səhər saatlarında evə sərxoş vəziyyətdə gəlmişdi. Məndə onun İstanbula avtobus bileti vardı. Bunu məndən istədi, bileti qızıma verdim. Bileti aldıqdan sonra əzib həyat yoldaşımın ağzına soxmağa çalışdı və "bunu yeyəcəksən", dedi. Hər ikimizi təhqir etdi, dilə gəlməz söyüşlər söydü. Münaqişə zamanı özümə nəzarət edə bilmədim. Onu sakitləşdirməyi bacarmadım, təpik atdı, daha sonra boğaraq öldürdüm. Həyat yoldaşım bu zaman artıq huşunu çoxdan itirmişdi" - Hasan Uslu bildirib.

Atanın sözlərinə görə, cəsəd bir gün otaqda qalıb sonra böyük soyuducu alaraq qızının cansız bədənini oraya qoyub: "Ertəsi gün cəsədi bıçaqla hissələrə ayırdım. Həmin bıçağı zibilliyə atdım. Cəsədi bir gün içərisində yataq otağında parçaladım. Bu işi görərkən həyat yoldaşımın mənə kömək etməyib. Cəsədi hissələrə ayırdıqdan sonra torbalara qoyub yenidən soyuducuya yerləşdirdim. Ertəsi gün isə bel çantası ilə bölümmüş hissələri bir həftə boyunca meşəliyə aparıb basdırdım".

Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında baş verib. Bu ilin yanvar ayında qızın cəsədinin basdırıldığı ərazidə sakinlərdən biri insan qolu tapıb və qətlin üstü açılıb. Didem Uslunun atası ilə birgə anası da həbs olunub.

Leyla Mizə

Paylaş »
››› Hər şeyə çarə bildiyimiz “paltar sabun”unun zərərləri
››› İşçilərə maaş əvəzinə bir qarın yemək veriləcək
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Əcnəbi futbolçunun azərbaycanlı xanımı: "Bunu yoldaşıma surpriz etmişəm, baldızımla mənim fikrimdir"
››› Ortada yeyib kənarda gəzən Komitə, yaxud vəzifəsini anlamayanlara niyə maaş veririk...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Turistlərin axışdığı adanın sakinləri onların gəlməsini istəmir
Son xəbərlər
Bütün xəbərlər »