Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnternetdə şəxsi məlumatları necə qorumaq olar?

"ESET Russia"nın mütəxəssisi Andrey Yermilov istifadəçilərə öz şəxsi hesablarını qorumaq üçün tövsiyələr verib.

"ICTnews" xəbər verir ki, onun sözlərinə görə, ilk növbədə parollar müntəzəm olaraq dəyişdirilməlidir:

"Eyni paroldan istifadə etdikdə məlumat itkisi qaçılmazdır. Parollar müntəzəm dəyişdirildikdə və aktuallığını itirdikdə, spam və reklam göndərmələrindən başqa heç bir təhlükə yoxdu".

Mütəxəssis, həmçinin bir neçə poçt qutusu yaratmağı tövsiyə edib: biri şəxsi, ikincisi isə müxtəlif xidmətlərdə qeydiyyatdan keçmək üçün:

"İndiki dövrdə belə məlumat itkilərindən qorunmaq, demək olar ki, qeyri-real səslənir. İndi istənilən mağaza və ya internet xidmət öz istifadəçiləri haqqında informasiya toplayır".

Məlumat üçün bildirək ki, dünən hakerlər internetdə təxminən 700 milyon elektron poçt ünvanı və 20 milyondan çox parol yerləşdiriblər. Ekspertlər hər ehtimala qarşı istifadəçilərə öz hesab və elektron poçtlarında parolu dəyişməyi tövsiyə ediblər.

Paylaş »
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Turistlərin axışdığı adanın sakinləri onların gəlməsini istəmir
››› Nazirlikdən faktiki hava açıqlaması
››› “Elə sahibkarlar var ki, şəxsi kapitalları belə qalmadı və tamamilə iflas oldu”
››› Oktyabrın 27-nə olan hava proqnozu
››› Ömürlük status təklifi və veto hüququ
Son xəbərlər
Bütün xəbərlər »