Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakı metropolitenindən AÇIQLAMA
“Bakı Metropoliteni”ndə soyutma sistemi yoxdur”.

Bunu AzNews.az-a açıqlamasında “Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib. Onun sözlərinə görə, istehsalçı tərəfindən bu qatarlarda kondisioner quraşdırılması nəzərdə tutulmayıb:

“Metroda kondisioner sistemi yoxdur. Sonuncu dəfə alınan 3 qatarda kondisioner var. Onlar da işləyir. Başqa qatarlarda soyutma sistemi yoxdur. “Bakı Metropoliteni” sərnişinlərin rahatlığı üçün əlindən gələni edir. Mənə qəribə gələn odur ki, ziyalılarımız olmayan bir şeyi necə müzakirə edirlər? Gələcəkdə bu qatarlar öz istismar dövrünü başa vurduqdan sonra onları əvəzləyəcək qatarlarda kondisioner sistemi olacaq”.

Nəsimi Paşayev qeyd edib ki, hazırda metrostansiyalarda havanın temperaturu mövcud hava şəraitindən çox yaxşıdır:

“Stansiyalarda sərin hava şəraiti var. Havalandırma sistemi, ventilyasiya var, hansı ki, onun vasitəsi ilə təmiz hava içəri vurulur. Amma, metroda belə bir qayda var. Bayırda havanın temperaturu 35 dərəcəni keçərsə, o havanı içəri vurmaq olmaz. Bu insanların həyatı üçün təhlükəlidir”.

Son xəbərlər
Bütün xəbərlər »