Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Nəsiminin məzarı Suriyadan Azərbaycana köçürülsün" - Emil Rasimoğlu
Bildiyimiz kimi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar olaraq ölkə rəhbərinin sərəncamı əsasında bu il ölkəmizdə “Nəsimi ili” elan edilib.

Bunula bağlı olaraq AYB-nin üzvü, şair Emil Rasimoğlu Bizimyol.info-ya bildirib ki, İmadəddin Nəsiminin məzarının Suriyadan Azərbaycana köçürülməsini təklif edir.

"Təbii ki, il ərzində ölkədə müxtəlif ədəbiyyatyönümlü silsilə tədbirlər, müsabiqələr və digər bu xarakterli toplantılar keçiriləcək. Ancaq mən belə hesab edirəm ki, bu il üçün ən böyük hadisə Nəsiminin Azərbaycan torpağında məzarının ziyarəti ola bilər. Məhz bu baxımdan da təklif edirəm ki, bu il İmadəddin Nəsiminin məzarı Suriyadan Azərbaycana köçürülsün. Bu məsələdə ilk addımı isə Azərbaycan Yazıçılar Birliyinin ölkə rəhbərliyinə müraciətində görürəm" - Emil Rasimoğlu bildirib.

Son xəbərlər
Bütün xəbərlər »