Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Maşa və Ayı” Ginnesin rekordlar kitabında

Rusiyanın istehsalı olan “Maşa və Ayı” cizgi filmi çox məşhurdur. Bizim ölkədə də xeyli izlənilən film hətta Ginnesin rekordlar kitabına düşüb.

Bizimyol.info xəbər verir ki, “Maşa üstəgəl kaşa” seriyası YouTube video portalında 3,4 milyard dəfə baxılıb. Videoya təkcə 4,2 milyon bəyənmə gəlib.

İndiyə qədər heç bir cizgi filmi belə nəticə qazanmamışdı. Həmin seriya isə YouTube tarixində izlənmə sayına görə ilk beşliyə düşən birinci cizgi filmi videosudur.

“Maşa və Ayı” ekranlara 2009-cu ildə çıxıb. Bu 10 ildə cizgi filmi 36 dilə tərcümə olunub, YouTube portalında seriyalarına ümumi baxış sayı isə 42 milyardı keçib.

“Maşa və Ayı” YouTube kanalı da dünyada çox populyardır. Kanalların reytinqində ikinci pilləyə yüksəlmək mümkün olub. 18 milyondan çox hesab “Maşa və ayı” kanalının abunəçisidir.

Cizgi filminin yeni seriyası  - “Bütün həyat teatrdır” yanvarın 25-də ekranlara çıxacaq.

Paylaş »
››› Hər şeyə çarə bildiyimiz “paltar sabun”unun zərərləri
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Əcnəbi futbolçunun azərbaycanlı xanımı: "Bunu yoldaşıma surpriz etmişəm, baldızımla mənim fikrimdir"
››› Ortada yeyib kənarda gəzən Komitə, yaxud vəzifəsini anlamayanlara niyə maaş veririk...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Turistlərin axışdığı adanın sakinləri onların gəlməsini istəmir
››› Nazirlikdən faktiki hava açıqlaması
Son xəbərlər
Bütün xəbərlər »