Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Telefonunu oğurlayana ərə gedir

Yaponiyanın qadın sakini mobil telefonunu itirməklə gələcək həyat yoldaşını tapıb. Qadın telefonunu ona qaytaran kişiyə ərə getmək fikrindədir.

Əşyanı ona tez geri qaytarıblar. Bir kişi yaxınlaşaraq, mobil cihazı tapdığını deyib. Beləcə, tanışlıq yaranıb. Sonra ilk görüşə çıxıblar. İndi də evlənməyi düşünürlər.

Bura qədər hər şey sadədir. Məsələ ondadır ki, həmin adam telefonu oğurlayıbmış. Qadın bu haqda sonradan öyrənib. Amma məqsəd məhz tanışlıq olub. İndi qadın hesab edir ki, gələcək həyat yoldaşı çox romantik addım atıb: “Biləndə çox təsirləndim”.

Hadisə haqda adamlar qadının rəfiqəsinin Twitterdəki statusundan xəbər tutub. Status onminlərlə layk və retvit gətirib. Kişini qınayanlar çoxdur. Amma bu, telefonu oğurlanan qadının qərarına təsir göstərmir.

Son xəbərlər
Bütün xəbərlər »