Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Stüardessanı döydü, sərnişini dişlədi

ABŞ-ın Texas ştatından olan tələbə təyyarədə dava-dalaş salıb. Ceffri Libbi Londondan Dallasa gedən sərnişinlərə rahatlıq verməyib. 21 yaşlı tələbə stüardessanı vurub, onu sakitləşdirməyə çalışan qadın sərnişinin isə əlini dişləyib.

Qalmaqal “British Airways”in təyyarəsi hava burulğanına düşəndən sonra başlayıb. Ceffri həmin andan aranı qarışdırıb. Əvvəlcə irəlidə əyləşən sərnişinin kreslosunu təpikləyib. Stüardessa və digər qadın sərnişinin də başına gələni yazdıq: birini vurub, digərinin əlini dişləyib. Onu heç cür sakitləşdirmək mümkün olmadığını görən pilot xuliqanı polisə təhvil vermək üçün təyyarəni hava limanına qaytarıb.

Təyyarə yerə enən kimi polis Libbini elektroşokerlə zərərsizləşdirib. Onu həbs ediblər. Tələbə günahını boynuna alıb. İndi onu altı aylıq həbs cəzası gözləyir.

Son xəbərlər
Bütün xəbərlər »