Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Alimlər: Hazırki qida rasionu planetin əhalisi üçün təhlükəlidir

Gələcək nəsillərin sağlamlığını təmin etmək üçün ətdən tamamilə imtina etmək lazımdır.

Oxu.Az Sky News-a istinadən xəbər verir ki, bu qənaətə qida və sağlamlıq məsələləri üzrə Britaniya komissiyasının mütəxəssisləri gəlib.

Araşdırmaya əsasən 2050-ci ildə Yer kürəsinin əhalisi 10 milyarda çatacaq və buna görə də ət tədarükünü gündə 7 qrama qədər azaltmaq lazımdır, belə ki hazırki qida rasionu planetin əhalisi üçün təhlükəlidir.

Alimlərin hazırladığı pəhrizə əsasən gün ərzində bir tikə sosiska, ət kürəsi və ya donuz ətinin yarı tikəsini yemək lazımdır.

Bundan başqa insan gün ərzində 500 qram meyvə və tərəvəz, 29 qram quş əti və 28 qram balıq əti yeyə bilər. Həmçinin həftə ərzində bir yarım yumurtadan artıq yemək də olmaz.

Mütəxəssislərin fikrincə belə bir pəhriz, həm müxtəlif növ heyvanların məhv olmasının qarşısını alacaq, həm də insanların sağlam həyat sürməsinə yardımçı olacaq.

Paylaş »
››› Moskva görüşündən gözləntilər
››› Erməni əsirlərin güllələnmə videosu saxta çıxdı - Araşdırma
››› Azərbaycan Prezidenti və Ermənistan Baş naziri noyabrın 9-da Moskvada iki sənəd imzalayacaq
››› "İran həmişə Azərbaycanın əldə etdiyi nailiyyətlərə qısqanclıqla yanaşıb"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Rüsumların kəskin artırılması kasıbların imkanlarını daha da məhdudlaşdırdı
››› Telman İsmayılov Monteneqrodan sığınacaq alıb və həbsdən çıxıb
Son xəbərlər
Bütün xəbərlər »