Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bolqarıstanda anti-terror əməliyyatı zamanı 43 nəfər saxlanılıb

Bolqarıstanın xüsusi xidmət orqanları beynəlxalq terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə üzrə əməliyyatlar zamanı 43 nəfəri saxlayıb.

Bu barədə BTA agentliyi məlumat yayıb.

Bildirilir ki, əməliyyatlar paytaxt da daxil olmaqla, yeddi şəhərdə aparılır.

Təhqiqatçıların sözlərinə görə, ölkədə həyata keçirilməsi zamanı "havala" (qeyri-rəsmi maliyyə-hesab sistemi – red.) sistemindən istifadə olunan "iri pul köçürmələri" qeydə alınıb.

Məlumata görə, xüsusi xidmət orqanları təqribən 32 min avro pul, sənəd və digər dəlillər götürüblər.

Paytaxt Sofiyada Suriya vətəndaşı olan və Bolqarıstanda yaşayan əsas şübhəlilərdən biri tutulub. O, beynəlxalq terror təşkilatlarına loqistika və maliyyə dəstəyi göstərdikləri ehtimal edilən insanlarla əlaqədə olub. (Report.az)

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
››› Ukrayna Dombasda ilk dəfə “Bayraktar” pilotsuz təyyarəsindən istifadə edib
Son xəbərlər
Bütün xəbərlər »