Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko: "Vahid valyutaya qarşı deyilik"

Minsk Rusiyayla İttifaq dövləti çərçivəsində vahid valyutanın tətbiqinə qarşı deyil, amma bu, Rusiya rublu olmamalıdır.

Bizimyol.info Publika.az-a istinadən xəbər verir ki, bu haqda Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

“Biz vahid valyutaya qarşı deyil, amma bu ümumi valyuta olmalıdır, Rusiyanın Mərkəzi Bankının valyutası deyil”, - Lukaşenko deyib.

O qeyd edib ki, Belarus qarşılıqlı prinsiplərdə vergi və gömrük siyasətini unifikasiya etməyə hazırdır.

“Keçən dəfə də deyildi: ən yaxşı ənənələr və şərtlərdə belaruslar və rusiyalılarda olan ən yaxşılarını götürək. Amma belə deyil: biz böyük, siz kiçiksiniz, gəlin belə edin. Necə ki, indi bizdə belədir”, - o bildirib.

Daha əvvəl Aleksandr Lukaşenko bildirib ki, hakimiyyət ölkənin müstəqilliyini saxlayaraq belorusların həyatını yaxşılaşdırmalıdır. Əks təqdirdə, Belarus liderinin sözlərinə görə, bu müstəqillik heç kəsə lazımlı olmayacaq.

Son xəbərlər
Bütün xəbərlər »