Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gəlini toyunda güllələdilər, amma yenə də ərə getməyindən qalmadı

Toyda neyləyərlər? Oynayarlar... Amma Hindistanın Nyu-Dehli şəhərindəki toylardan birində gəlini güllələyiblər.

Bizimyol.info xəbər verir ki, toyun şirin yerində gəlini ayağından vurublar. Adətə görə, bəylə gəlin odun ətrafında yeddi dövrə vurmalıdır. Bu zaman qonaqlardan biri silahı gəlinə tuşlayıb. Qadın ölümcül yaralanmasa da, onu təcili xəstəxanaya çatdırmaq lazım gəlib. Polisə məlumat verilib. Amma güllə atanın kimliyi barədə heç kim heç nə bilmir.

Gəlin yaralansa da, toy təxirə salınmayıb. Nikah bağlanıb. Qonaqların bir çoxunun getməyinə baxmayaraq, toy kiçik heyətlə davam edib.

Hələ keçən ilin noyabrında Nyu-Dehlidə buna bənzər hadisə baş vermişdi. Onda bəyi çiynindən yaralamışdılar. Xəstəxanada üç saat keçirən bəy geri qayıdaraq, bir az toyda iştirak edib, yenidən getmişdi.

Son xəbərlər
Bütün xəbərlər »