Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Uzun yuxu həyatınız üçün təhlükəlidir

Adətən, insanlara gündə azı 8 saat yatmaq təbliğ olunur.

ABŞ-ın Miçiqan universitetinin alimləri müəyyınləşdirib ki, gün ərzində 9 saatdan çox yatmaq insan üçün zərərlidir. Xüsusilə qadınlar bundan böyük ziyan görür. Çox yatmaq hamiləliyin pozulmasıyla nəticələnə bilər.

Bizimyol.info xəbər verir ki, araşdırmada 633 qadın iştirak edib. Onlardan 153-ü bir müddət əvvəl uşaq itirmiş, qalan 480-i isə hamiləliyi davam edən qadınlar olub. Respondentlər araşdırma zamanı yuxunun keyfiyyəti haqda məlumat verirdilər. Alimlərin sözlərinə görə, gecə tez-tez oyanan qadınlarda hamiləliyin pozulması uzun yuxu görənlərə nisbətən daha az olub. Bir növ daha çox yatanlar riskli hamiləlik keçirir.

Elm adamları bunu gecə oyanmalarının vegetativ əsəb sistemini aktiv saxlamasıyla əlaqələndirir. Bu aktivlik qan təzyini tənzimləyir. Çox yatanlarda isə qan təzyiqi çox aşağı olur. Bu da hamiləliyin pozulması riskini artırır.

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »