Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Van Qoqun naməlum əsəri tapılıb

Hollandiyada məşhur rəssam Vinsent van Qoqun incəsənət aləminə məlum olmayan əsəri ortaya çıxıb. Bizimyol.info xəbər verir ki, əsər haqda geniş məlumat verilmir. Sadəcə, bildirilir ki, kənarında “Vinsent” ifadəsi qeyd olunub.

Mütəxəssislər sənət nümunəsinin Vinsent van Qoqa məxsus olduğuna şübhə etmirlər. Çünki üslub dahi hollandın işindən xəbər verir. Xoş, parlaq rənglər, postimpressionizm elementləri.

Rəsm əsəri Vinsent van Qoqun Drente şəhərindəki ev-muzeyinə təqdim olunub. Hələ ilin sonuna qədər ekspertiza rəsmin hollanda məxsus olub-olmamasını araşdıracaq. Mütəxəssislər yeni tapıntının çox baha qiymətə satıla biləcəyini proqnozlaşdırırlar.

Keçən ilin ortalarında Parisdə Vinsent van Qoqun bir əsəri hərracda 7 milyon avroya satılmışdı. Hərrac ilkin qiymət kimi 3 milyon avro müəyyənləşdirmişdi. Həmin əsərlə bağlı müəmma yoxdur, van Qoqun onu 1882-ci ildə çəkdiyi dəqiqdir.

Son xəbərlər
Bütün xəbərlər »