Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Metropoliten gücləndirilmiş iş rejiminə keçir
1990-cı ilin 20 Yanvarı Azərbaycan tarixinə qanlı hərflərlə yazılıb. Həmin gecənin günahsız qurbanları olmuş həmvətənlərimiz hər il ölkəmizin hər yerində ehtiramla yad edilir, xüsusi tədbirlər, mərasimlər keçirilir, şəhidlərin uyuduğu məzarlar ziyarət olunur.

“Bakı Metropoliteni” QSC-də Ümumxalq Hüzn Günü ilə əlaqədar olaraq, xüsusi tədbirlər planını təsdiqlənərək həyata keçirilir.

Yanvarın 10-dan başlayaraq, metropolitenin keçidlərin, vestibüllərin, plaftormaların cari təmir, təmizlik işləri görülür, bütün stansiyaların estetik görünüşünün Ümumxalq hüzn Gününün ab-havasına uyğun olması məqsədilə müvafiq tədbirlər yerinə yetirilir.

Ənənəyə uyğun olaraq, “20 Yanvar” stansiyası həmin gün matəm ovqatında tərtib olunacaq.

Gün ərzində bütün stansiyalarda işıqlandırma tam şəkildə təmin ediləcək, mərkəzləşmiş radio şəbəkəsi ilə matəm musiqiləri və marşları yayımlanacaq. Bütün qatarlarda stansiyaların elanı radioinformatorla deyil, maşinistlər tərəfindən mikrofon vasitəsilə veriləcək.

Yanvarın 20-də saat 12:00-da planlaşdırılmış şəkildə bütün qatarların stansiyalarda dayandırlaraq 1 dəqiqə müddətində fasiləsiz fit verməsi təmin ediləcək. Həmin anı “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi, kollektivin və ictimaiyyətin nümayəndələri, habelə stansiyaya gələn sərnişinlər "20 Yanvar" stansiyasında şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad edəcəklər.

Qanlı Yanvar hadisəsinin 29-cu ildönümündə Bakı metropoliteni gücləndirilmiş iş rejimində çalışacaq. Bu tarix istirahət gününə təsadüf etsə də, ehtiyat qatarlar nəzərdə tutulacaq və zərurət yaranacağı təqdirdə, xəttə veriləcək.

Ənənəsinə sadiq qalan "Bakı Metropoliteni" QSC-nin çoxminlik kollektivinin nümayəndələri həmin gün şəhidlərimizin əbədi xatirəsinə ehtiramını ifadə edərək, Şəhidlər xiyabanını ziyarət edərək, onların ruhuna dualar oxuyucaq, məzarları önünə təzə-tər güllər düzəcəklər. Qeyd edək ki, Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin qurbanları arasında iki metropolitençi də əbədi uyuyan İlqar Qarayev və Əflatun Kazımovun da xatirəsi metropoliten kollektivi üçün daim əziz tutulur.

Paylaş »
››› İşğaldan azad olunmuş ərazilərdə kimlərə iş verilir: "Çox gülünc şərtlər qoyulub"
››› Gözlənilən Moskva görüşü aranı qarışdırdı: İrəvanda mitinqlər başlayır
››› Hərbi təlimlərə çağırış anlaşılmazlığa səbəb oldu: Regionda yeni toqquşma gözlənilirmi...
››› ABŞ-da başlayacaq və dünyaya yayılacaq - Twitterin qurucusundan xəbərdarlıq
››› “Vəzifəli şəxs qanunsuz olaraq mülkümü söküb”
››› ÜST Baş Direktoru: Epidemiya biz istəyəndə bitəcək
››› “Bu, təkcə, Qubadlıya deyil, bütün azad olunmuş ərazilərə aid olacaq”
Son xəbərlər
Bütün xəbərlər »