Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Futbolda korrupsiyanı araşdıran jurnalisti güllələdilər

Qanada futbolda korrupsiyanı araşdıran jurnalist Əhməd Hüseyn-Sualı cəzalandırıblar. Axşam evə qayıdan Əhmədi yolda güllələyiblər. Sinəsindən iki, boğazından bir güllə yarası alan jurnalist dərhal keçinib.

Bizimyol.info xəbər verir ki, Hüsseyn-Sual təkcə Qanada yox, bütün Afrikada korrupsiya araşdırmaları ilə tanınırdı. Onun sayəsində bir çox futbol funksionerləri cəzalandırılıb. Məsələn, bir müddət əvvəl yerli futbol federasiyasının rəhbərliyi araşdırmalar sayəsində istefaya göndərilmişdi.

Jurnalist tək işləmirdi, Tiger Eye Private İnvestigations komandasının üzvü sayılırdı. Məhz bu araşdırmaçılar komandası Qana futbol klublarının çirkin oyunları, rüşvət məsələləri haqda “Tamahkarlıq və korrupsiya normaya çevriləndə” filmini çəkmişdilər. Filmdə qanalı hakimlərin, yerli futbol assosiasiyasının məmurlarının necə rüşvət almasından danışılırdı. Assosiasiya prezidenti Kvesi Nyantakinin əməllərindən xüsusi söz açılmışdı. Onun 65 min dollar rüşvət alması haqda konkret fakt ortaya qoyulmuşdu. Məhz bu filmdən sonra FİFA Nyantakini ömürlük futboldan uzaqlaşdırdı, üstəlik, yerli federasiya bütün heyətlə istefaya göndərildi.

Əhməd Hüsseyn-Sual filmdən sonra çox hədələnirdi. Twitterdə paylaşılan bir videoda Qana parlamentinin deputatı Kennedi Aqyaponq jurnalisti “pis oğlan” adlandırır və onu cəzalandırmağa çağırırdı.

Paylaş »
››› “250 min manatı icra başçısı mənimsəyib, amma məni həbs ediblər”
››› Şəhid ailəsinə verilən inəkdən qəribə davranış - Nazirlikdən açıqlama
››› Ata Abdullayev məhkəmədə ağladı
››› Yeni Füzuli şəhərinin baş planı necə olacaq...
››› Ermənistan Hərbi Qənimətlər Parkının bağlanmasını istəyir
››› Rəqib komandanın qoluna sevinən futbolçunu məhşər ayağına çəkirlər - Video
››› “DSX-nın rəhbər şəxsləri hərbi biletimə haqsız yerə xidmətə uyğunsuzluq maddəsi vurub”
Son xəbərlər
Bütün xəbərlər »