Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Hava şəraiti ilə əlaqədar elektrik enerjisinin verilməsində ciddi problem yaranmayıb" - "Azərişıq" ASC
"Ölkə ərazisində ifrat təhlükəli hidrometeoroloji hava şəraiti ilə əlaqədar elektrik enerjisinin verilməsində ciddi problem yaranmayıb".

Bizimyol.info xəbər verir ki, bu haqda "Azərişıq" ASC-nin yaydığı məlumatda deyilir. Məlumatda qeyd olunur ki, "Azərişıq" ASC əməkdaşları elektrik enerjisinin təhlükəsizliyi üçün əvvəlcədən zəruri tədbirlər görüblər. Hazırda Bakı şəhəri və bütün rayonlarda "Azərişıq" əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.Baş verə biləcək qəzaların dərhal aradan qaldırılmasını həyata keçirmək üçün “Azərişıq” ASC-nin rəhbərliyi tərəfindən müvafiq əmr imzalanıb. Əmrə əsasən məsul şəxslərlərdən ibarət növbətçilik təşkil edilib, eyni zamanda sistem əhəmiyyətli yarımstansiyalara birbaşa məsul şəxslər təyin ediliblər.Paylayıcı elektrik veriliş xətlərinin təkrar yoxlanılması və nəzarətdə saxlanılması təmin edilib.Qəza təhlükəsi ehtimal edilən ərazilərdə əməkdaşlar qabaqlayıcı tədbir görüblər.Texniki Direktorluğa tabe olan xidmət sahələrində və Avtonəqliyyat İdarəsində zəruri olan mal-materialların ehtiyatı yaradılb. 199-Çağrı Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Paylaş »
››› İşğaldan azad olunmuş ərazilərdə kimlərə iş verilir: "Çox gülünc şərtlər qoyulub"
››› Gözlənilən Moskva görüşü aranı qarışdırdı: İrəvanda mitinqlər başlayır
››› Hərbi təlimlərə çağırış anlaşılmazlığa səbəb oldu: Regionda yeni toqquşma gözlənilirmi...
››› ABŞ-da başlayacaq və dünyaya yayılacaq - Twitterin qurucusundan xəbərdarlıq
››› “Vəzifəli şəxs qanunsuz olaraq mülkümü söküb”
››› ÜST Baş Direktoru: Epidemiya biz istəyəndə bitəcək
››› “Bu, təkcə, Qubadlıya deyil, bütün azad olunmuş ərazilərə aid olacaq”
Son xəbərlər
Bütün xəbərlər »