Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Telefonun parolunu vermədiyinə görə ərini yandırdı

Sosial şəbəkələrə, yeni texnologiya predmetlərinə görə ailələrdə söz-söhbət az olmur. İndoneziyanın Şərqi Yava bölgəsində ər-arvad arasında nəinki mübahisə yaranıb, hətta qadın həyat yoldaşını yandırıb.

Bizimyol.info xəbər verir ki, evin xanımı Əlham Kahyani əri Dedi Purnamadan telefonunun pin-kodunu istəyib. Ər imtina edib. Bundan sonra mübahisə böyüyüb. İlk zərbə kişidən gəlib. 25 yaşlı qadın da borclu qalmayıb.

Kahyani o qədər əsəbiləşib ki, gözünə dəyən kanistr dolu benzini ərinin üstünə atıb, sonra da alışqanla yandırıb. Qonşu kişi odu söndürməyi bacarsa da, Purnamanın həyatını xilas etmək mümkün olmayıb. O, iki gündən sonra xəstəxanada keçinib. Qadını həbs ediblər.

Keçən ilin oktyabrında buna bənzər xəbər İngiltərədən gəlmişdi. Qadın həyat yoldaşını öldürmək üçün 9 ay ərzində müxtəlif üsullara əl atmışdı. Hətta onu yandırmağa da cəhd göstərmişdi. Bir fərq var ki, ona məşuqu da kömək edirmiş. Amma ər canını onların əlindən qurtarmağı bacarmışdı.

Paylaş »
››› Hansı bürclərin nümayəndələri kin saxlayır...
››› Yoxsul ölkədə bahalı məşğuliyyət: Bakıda alıcılar "İphone 13" üçün mağazalara axışdı
››› Evlərin qiyməti niyə artır... - Səbəblər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ABŞ “F-35”-ə ödənilən vəsaitin əvəzinə Türkiyəyə "F-16" qırıcı təyyarələri təklif edib
››› Pakistanın Ankaradakı səfiri "Üç Qardaş Təlimi" barədə danışıb
››› Azərbaycanda baş verən ağır yol qəzasında 4 nəfər ölüb, yaralanan var
Son xəbərlər
Bütün xəbərlər »