Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“AtaSığorta” ASC qatarla sərnişin daşıma avtobusunun toqquşması hadisəsi üzrə iri sığorta ödənişləri həyata keçirib
2018-ci ilin oktyabr ayında qatarla sərnişin daşıma avtobusunun toqquşması nəticəsində baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı “AtaSığorta” ASC tərəfindən sığorta ödənişlərinin verilməsinə başlanılıb.

Sığorta hadisəsi 01 oktyabr 2018-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində dəmir yolu keçidində baş vermişdir. Belə ki, yol nəqliyyat hadisəsi zamanı avtobus sürücüsü ilə birlikdə avtobusda cəmi 42 nəfər olmuş, onlardan 3-ü ölmüş, digərləri müxtəlif dərəcəli bədən xəsarətləri almışlar.

Qəzada sağlamlığa dəymiş xəsarətlər üzrə ödənilmiş və ödəniləcək sığorta ödənişlərinin cəmi məbləği 47 250 (qırx yeddi min iki yüz əlli) manat təşkil edir.

Üç əmlaka cəmi 42 962 manat, belə ki, kamaz markalı avtomobilə 3 485 manat, qatara 27 222 manat və dəmiryolu məntəqəsinə 12 255 (on iki min iki yüz əlli beş) manat zərər dəymişdir.

Qeyd olunanlara əsasən “İcbari Sığortalar haqqında” AR Qanununun 58.3-cü maddəsinə əsasən əmlaka dəyən zərərlə bağlı sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçiriləcəkdir.

Paylaş »
››› İşçilərə maaş əvəzinə bir qarın yemək veriləcək
››› Hər şeyə çarə bildiyimiz “paltar sabun”unun zərərləri
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Əcnəbi futbolçunun azərbaycanlı xanımı: "Bunu yoldaşıma surpriz etmişəm, baldızımla mənim fikrimdir"
››› Ortada yeyib kənarda gəzən Komitə, yaxud vəzifəsini anlamayanlara niyə maaş veririk...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Turistlərin axışdığı adanın sakinləri onların gəlməsini istəmir
Son xəbərlər
Bütün xəbərlər »