Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Özünün də xəbəri olmadan 17 gün boğazında dərman bağlaması gəzdirdi

Şimali İrlandiyanın paytaxtı Belfastda yaşayan bir qadın həkimə müraciət edəndə boğazında şiş olduğunu düşünürdü. Amma məlum olub ki, qadın 17 gündür boğazında ağrıkəsici dərmanlar bağlaması gəzdirir.

Bizimyol.info xəbər verir ki, xəstəxanaya gələndə qadın qida borusunda yad əşya hiss etdiyini deyib. Udquna bilmirmiş, qida qəbulu xeyli çətinləşibmiş. Təkcə onu xatırlayıb ki, gecə ağrıkəsici dərman qəbul edəndən sonra belə vəziyyət yaranıb.

Rentgen və burunun endoskopiyası əvvəlcə yad əşya aşkar etməyib. Həkimlər hesab edib ki, xəstə dərman qəbulu zamanı boğazını zədələyib. Ona evə getməyi, 48 saat ərzində problem həllini tapmasa, yenidən xəstəxanaya müraciət etməyi məsləhət görüblər.

Üç gün sonra qadın yenidən xəstəxanaya gəlib. Bu dəfə də boğazında yad əşya aşkar etməyiblər. Amma az sonra qastroskopiya onun boğazında dərman bağlaması qalmasını müəyyənləşdirib. Qadın bir həb əvəzinə bütün bağlamanı udmasını heç cür izah edə bilməyib.

İki il əvvəl həkimlər İngiltərənin Preston şəhərində bir qadının ağciyərində oyuncaq konus aşkar etmidilər. Təsəvvür edin, oyuncaq orada 40 il qalmışdı. Həmin qadın da əvvəlcə şişdən şübhələnmişdi.

Son xəbərlər
Bütün xəbərlər »