Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyada yeni maliyyə böhranı başlayır
İyun ayında ABŞ-da kredit kartları üzrə borc 1 trilyon dollara çatıb.

Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bununla da 2008-ci il böhranından əvvəl qeydə alınan rekord yenilənib.

Kredit kartları, əsasən, “Citigroup” və “JPMorgan Chase”ə məxsusdur. Banklar əmindirlər ki, 2008-ci il böhranından fərqli olaraq, bu dəfə problem yaranmayacaq.

“Bloomberg”in rəyinə görə, 2008-ci ildə ABŞ-da evlərin qiymətinin ucuzlaşması böhrana səbəb oldu. İşsizliyin artması nəticəsində banklar 2 ildə kredit kartlarından 100 milyard dollara yaxın borcu sildilər.

Xatırladaq ki, iyun ayında ABŞ Mərkəzi Bankının rəhbəri Janet Yellen yeni bir böhranın yaşanmayacağını irəli sürüb. Onun sözlərinə görə, ölkənin maliyyə sistemi 2008-ci illə müqayisədə daha dayanıqlıdır.

Amerikalı investor, “Rogers Holdings”in sahibi Cim Rodcers isə hesab edir ki, 2018-ci ildə növbəti maliyyə böhranı baş verəcək. Onun fikrincə, böhran hətta 2017-ci ilin sonundan başlayacaq.

Son xəbərlər
Bütün xəbərlər »