Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Otel xidmətçi robotları işdən qovdu: Aralarında dinozavr da var - Video

Yaponiyanın məşhur Naqasaki prefekturasındakı Sasebo şəhərinin otellərindən biri robot işçilərindən imtina etmək qərarına gəlib.

Bizimyol.info xəbər verir ki, otel rəhbərliyinin fikrincə, dəmir işçilər vəzifəsinin öhdəsindən gələ bilmir. Təsəvvür edin, mehmanxana bir müddət əvvəl bütün işçilərinin əksərini 243 robotla əvəz etməklə inqilabi qərar vermişdi.

“Henn-na Hotel” 2015-ci ildə açılıb. Tərcüməsi “qəribə otel” deməkdir. Doğrudan da, otel ənənəvi mehmanxana formatlarından xeyli uzaqdır. Məsələ təkcə otelin qapıçı və xadimələrinin robot olmasında deyil. “Henn-na Hotel”də açar əvəzinə üztanıma texnologiyası istifadə edilir. Nömrələrin işıqlandırılması hərəkət mexanizmindən asılıdır. Otelin rəhbərliyi həm də damda günəş batareyaları quraşdırıb.

Foto: Youtube/CBS This Morning

“Henn-na Hotel” dünyada robot işçilərin xidmətindən istifadə edən ilk mehmanxanadır. Otel şəhərdən kənarda, təbiətin qoynunda yerləşir. Robotlar təkcə insan formatında deyil. Məsələn, onların arasında dinozavr da var. Oteldə ən ucuz otağın bir gecəsi 75 dollardan başlayır. Robotlar 144 otaqda insanlara xidmət edirdi.

Otel rəhbərliyi qərarını robotların effektiv işləməməsiylə əlaqələndirib. “Henn-na Hotel” keçmiş işçilərini geri qaytarmaq qərarına gəlib.

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
››› 11 Konqres üzvünün Baydenə məktubu: Təhlükəsizliyimizi riskə ata bilmərik
Son xəbərlər
Bütün xəbərlər »