Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtaliyada 1 avroya evlər satılır

İtaliyanın Sambuka di Siciliya şəhərində əhali o qədər azalıb ki, meriya evləri, demək olar, havayı satmaq qərarına gəlib.

Bizimyol.info xəbər verir ki, cəmi 1 avro xərcləməklə Siciliyada ev sahibi olmaq mümkündür. Şəhər əhalisi sürətlə azalır. Təkcə son bir il ərzində şəhər qeydiyyatından 367 nəfər çıxıb. İndi Sambuka di Siciliyada təxminən 5800 nəfər yaşayır.

Şəhər rəhbərliyi bu aksiya sayəsində əhali sayının artacağına ümid edir. Müştərilər də az deyil. Fransadan, İsveçrədən, İspaniyadan bu kiçik şəhərə ev almağa gəlirlər. Şəhərin vitse-prezidenti Cüzeppe Kaçioppo elana şübhə ilə yanaşanların sayının az olmadığını deyir: “Amma biz gerçəkdən də bir avroya ev satırıq”. Kaçioppo şəhəri çox sakit, su hövzəsi kənarında istirahət üçün xeyli uyğun yer adlandırıb.

Amma şəhər rəhbərliyinin bir şərti də var: üç il ərzində evin təmirinə azı 15 min avro xərcləmək lazımdır. Meriyanın məqsədi həm əhali sayının azalmasının qarşısını almaq, həm də ümumi vizual gözəllik yaratmaqdır. Bundan başqa, ev alarkən 5 min avro depozit qoymaq tələb olunur. Həmin pul təmir bitən kimi geri qaytarılır.

Fabbriche di Vergemoli (Lucca), Toscana – Italy

Bir il əvvəl İtaliyanın Sardiniya adasında 1 avroya evlər satılırdı. Ollolai şəhərində 200 ev satışa çıxarılmışdı.

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
››› 11 Konqres üzvünün Baydenə məktubu: Təhlükəsizliyimizi riskə ata bilmərik
Son xəbərlər
Bütün xəbərlər »