Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Süni intellekt texnologiyaları bazarının həcmi 52,5 milyard dollar olacaq - Proqnoz

2022-ci ilədək neyron şəbəkələr əsasında dünya kompüter təlimi və süni intellekt texnologiyaları bazarının həcmi 52,5 milyard dollaradək artacaq.

Bizimyol.info Modern.az-a istinadən xəbər verir ki, bu barədə süni intellekt həlləri bazarının təhlilini aparan “Frost & Sullivan” beynəlxalq konsaltinq şirkətinin proqnozunda deyilir.

Hesabata görə, süni intellekt texnologiyalarının tətbiqi 2030-cu ilədək qlobal məhsul və xidmətlərin həcmini 15,7 trilyon dollar artıracaq.

“Frost & Sullivan” şirkətinin biznesin inkişafı üzrə direktoru Denis Stepanov bildirib ki, süni intellekt yaxın gələcəkdə insanların şəxsi və peşə həyatının ayrılmaz hissəsinə çevriləcək. Bütün böyük sahələrdə süni intellekt tətbiq edilir. İri şirkətlərin süni intellekt texnologiyaları əsasında proqramlar üçün orta illik xərcləri durmadan artır, çünki təşkilatlar kompüter vasitəsilə biznes proseslərini yaxşılaşdırmaqla üstünlüyə nail olmaq istəyirlər.

Hazırda ABŞ süni intellekt layihələrinə investisiyaların məbləği və imzalanmış sazişlərin sayına görə lider olaraq qalır. İkinci və üçüncü yerlərdə isə Çin və Böyük Britaniya qərarlaşıb.

Paylaş »
››› Hansı bürclərin nümayəndələri kin saxlayır...
››› Yoxsul ölkədə bahalı məşğuliyyət: Bakıda alıcılar "İphone 13" üçün mağazalara axışdı
››› Evlərin qiyməti niyə artır... - Səbəblər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ABŞ “F-35”-ə ödənilən vəsaitin əvəzinə Türkiyəyə "F-16" qırıcı təyyarələri təklif edib
››› Pakistanın Ankaradakı səfiri "Üç Qardaş Təlimi" barədə danışıb
››› Azərbaycanda baş verən ağır yol qəzasında 4 nəfər ölüb, yaralanan var
Son xəbərlər
Bütün xəbərlər »