Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səhiyyə Nazirliyindən üstünə reklam lövhəsi aşan şəxslə bağlı açıqlama

Bu gün Bakıda müşahidə edilən güclü külək Qaradağ rayonunda ciddi fəsad yaradıb.

Bizimyol.info-un Trend-ə istinadən məlumatına görə, güclü külək nəticəsində “Binə” ticarət mərkəzində reklam lövhəsi yaxınlıqdan keçən orta yaşlı kişinin üstünə aşıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, həmin şəxs 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib və həyati təhlükəsi yoxdur.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gün və sabah ölkə ərazisində xüsusi təhlükəli hidrometeoroloji hadisənin olacağı haqqında xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, yanvarın 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 28-33, arabir 35-38 m/s-yə çatacağı gözlənilir.

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »