Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
110 illik ağacı oyub kitabxanaya çevirdi - Fotolar

Əvvəllər kitab satışı ilə məşğul olan bir şəxs 110 il yaşı olan ağacın gövdəsini oyub içini kitabxanaya çevirib.

Pulsuz kiçik kitabxana mənasını verən “Little free library” adlı cəmiyyət fərdlərə kitab oxuma sevgisi aşılamaq üçün dünyanın dörd bir nöqtəsində kitabxana inşa edir.

Xeyir əldə etmək istəməyən bu cəmiyyət prospekt və küçələrdə saysız-hesabsız kitabxanaların qurulmasını təmin edib. Amma bu kitabxana digərlərindən çox fərqlidir.

Pensiyada olan kitabçı Şerli Armiteyc Hovard 110 illik ağacını kəsməyə qıymayıb. O, bundansa ağacın içinə kitab yerləşdirməyi üstün tutub.

Ağacın başını isə kiçik bir dam örtüyü vasitəsilə örtən Hovard oyduğu ağaca qapı da quraşdırıb.

Mini kitabxananın içini işıqlandıran Hovardın yeni işi sosial şəbəkədə böyük maraqla qarşılanıb. (Olke.az)

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »