Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qiyməti milyonlarla dollara: Dünyanın ən bahalı oyuncaqları

Dünyada elə oyuncaqlar satılır ki, onların qiymətinə çox bahalı avtomobil, villa da almaq mümkündür.

Söhbət dəyəri milyon dollarla ölçülən oyuncaqlardan gedir.

Bizimyol.info Ölkə.Az-a istinadən xəbər verir ki, bir çox kolleksioner milyonlarla dollarını məhz belə oyuncaqlara xərcləyir. Bu gün oxuculara dünyanın ən bahalı oyuncaqlarının siyahısını təqdim edirik.

“Sehrli ekran”

Köhnə, beyin inkişaf etdirən oyuncaqdır. “Swarovski” xurustalları ilə hazırlanıb. 2003-cü ildə istehsal edilib. Qiyməti 1.5 milyon dollardır.

“Quştutan”

“Quştutan” adlı oyuncaq isveçrəli usta Kristian Beyn tərəfindən hazırlanıb. Onun mexaniki kəşfi 6.25 milyon dollar dəyərində qiymətləndirilib. Oyuncaq bahalı çini materialdan hazırlanıb. Hündürlüyü 120 sm. Çəkisi isə 55 kilodur. Oyuncağın əynində bahalı parçadan paltar var. Oyuncağı hazırlamaq üçün usta 15 min dollar xərcləyib. Qızıldan hazırlanan açar ilə oyuncaq işə düşür. “Quştutan” fleytada ifa edir, onun ifasını quşlar oxuyur, əlinə qonurlar.

“Lamborghini Aventador” oyuncağı

Əsl modelinə nisbətən qiyməti 12 dəfə bahadır. 500 saata hazırlanıb. Oyuncağı hazırlamaq üçün qızıl, platin və brilliantdan istifadə edilib. Ümumi olaraq oyuncaq 2 milyon dollara başa gəlib. Qiyməti isə 4.7 milyon dollardır.

Teddi oyuncağı

Oyuncaq “Louis Vuitton”dan geyindirilib. XX əsrin əvvəlində ilk ayı oyuncağı Almaniyada “Steiff” şirkəti tərəfindən hazırlandı. Ona ov vaxtı ayıya qıymayan ABŞ prezidenti Teodor Ruzveltin adı verildi. Qiyməti 2.1 milyon dollardır

Rubik kubu

“Ginnesin Rekordlar Kitabı”na da düşüb. Qiyməti 1.5 milyon dollardır. Amerikalı zərgər Fred Kuelyar tərəfindən 1350 qiymətli daş-qaşdan hazırlanıb.

Ən bahalı at oyuncağı

Yüksək əyarlı qızıldan hazırlanıb. 1 milyon 28 min dollaradır. Qinza Tanakiko tərəfindən Yaponiya taxtının vəliəhdi şahzadə Akisinonun doğum gününə hazırlanıb. Çəkisi 30 kq-dır.

“Colleen Moore’s” qəsri

Nağıllar aləminə bənzəyən oyuncaq yarım milyon dollaradır. 1930-cu illərin məşhur aktrisası Kollin Mur tərəfindən sifariş edilib. 3 metr hündürlüyü var. 700 usta üzərində işləyib. Bahalı qaşlarla bəzədilib. Sarayın salonlarında Uolt Disneyin rəsm əsərləri var.

Barbi gəlinciyi

Brend paltarlar geyindirilmiş Barbi gəlinciyini dizaynerlər 2007-ci ildə hazırlayıblar. Bu eksklüziv model 302.5 min dollara satılıb. Oyuncağın boynunda brilliant boyunbağı, barmaqlarında isə brilliant üzük var. Dizaynerlər oyuncağı 600 min dollara satmaq istəsələr də, bu, alınmadı. Satışdan gələn gəlir onkoloji xəstələrin müalicəsinə xərcləndi.Madam Aleksanderin Elioza gəlinciyi

Adi oyuncaqdır, qızıl və brilliant sərf edilməyib. Sadəcə “Christian Dior”dan geyindirilib. Dünyada cəmi 5 ədəd var. Birinin qiyməti 5 milyon dollardır.

Son xəbərlər
Bütün xəbərlər »