Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Türk Hava Yolları” Azərbaycanda endirim kampaniyası keçirir
Dünya üzrə 300-dən çox istiqamətə uçuşlar yerinə yetirən “Türk Hava Yolları” aviaşirkəti Azərbaycanda yeni endirim kampaniyasına start verib.

Kampaniya çərçivəsində Azərbaycanın müxtəlif şəhərlərindən İstanbula və əks istiqamətdə aviabiletlər endirimli qiymətlə təklif olunur.

Kampaniyanın şərtlərinə əsasən, Bakı-İstanbul-Bakı aviareysi üzrə endirimli biletin qiyməti Sabiha Gökçen və Atatürk hava limanlarına müvafiq olaraq 149 və 179 avrodan, Naxçıvan-İstanbul-Naxçıvan və Gəncə-İstanbul-Gəncə istiqamətində biletlərin qiyməti isə 129 avrodan başlayır.

Eyni zamanda, İstanbul-Bakı-İstanbul istiqaməti üzrə endirimli biletin qiyməti Sabiha Gökçen və Atatürk hava limanlarından müvafiq olaraq 129 və 159 ABŞ dolları, İstanbul-Naxçıvan-İstanbul və İstanbul-Gəncə-İstanbul aviareysləri üzrə isə 119 ABŞ dolları təşkil edir. “Türk Hava Yolları” aviaşirkəti alış-verişi sevən sərnişinləri nəzərə alaraq sözügedən kampaniya çərçivəsində daşınan baqajın və əl yükünün həcmini artırıb. Belə ki, endirimli qiymətə 30 kq baqaj və 8 kq əl yükü daxildir.

Yanvarın 31-dək davam edəcək kampaniya çərçivəsində alınan biletlərlə 21 yanvar – 19 may 2019-cu il tarixləri arasında səyahət etmək mümkündür.

Paylaş »
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən faktiki hava açıqlaması
››› “Elə sahibkarlar var ki, şəxsi kapitalları belə qalmadı və tamamilə iflas oldu”
››› Oktyabrın 27-nə olan hava proqnozu
››› Ömürlük status təklifi və veto hüququ
››› Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi vaxt açıqlanıb
Son xəbərlər
Bütün xəbərlər »