Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Xalid tikinti üçün 100 min istədi, 40 minə razılaşdıq"
Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Xalid Məmmədovun məhkəməsi davam etdirilib. Xalid Məmmədov həbs edilənə qədər Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini işləyib.

O, Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı Razim Məmmədovun əmisi oğludur.

Bizimyol.info xəbər evrir ki, cinayət işi hakim Mahmud Ağalarovun sədrlik etdiyi kollegiya tərəfindən araşdırılır.

Prosesdə şahid qismində Elsevər Rufullayev ifadə verib.

O bildirib ki, 2018-ci ilin fevral ayında Xətai rayon ərazisində çay evi tikmək üçün qohumu Oruc adlı şəxə müraciət edib: "Oruc da tanışı İlham Məlikova dedi. Birlikdə Xalid Məmmədovun yanına getdik. Əvvəl Xalid məndən 100 min, 90 min və 60 min manat pul istədi. Sonra tikinti aparmaq üçün 40 minə razılaşdıq. Xalid Qaçay Əzizli ilə telefonda danışıb, məni onun yanına göndərdi. Qaçay torpağa eskiz çəkib, verdi. Torpağın sənədini isə Orucun tanışı Əli adlı şəxs düzəltdirib vermişdi. Tikinti işlərinə başlayan kimi Bakı Şəhər İcra Hakimiyyətinin Nail adlı əməkdaşı ilə, Fövqəladə Hallar Nazirliyinin Babək adlı əməkdaşı gəlib, işi dayandırdılar. Sonra Xalidə zəng edib bu barədə məlumat verdim. Onun yanına gedəndə sənədi Xalidə göstərdim. Xalid sənədin saxta olduğunu bildirdi. Mənim tikinti işlərimi Oruc aparırdı"

E.Rufullayev qeyd edib ki, X.Məmmədov ondan daha 5 min manat pul istəyib: "Xalid dedi ki, 5 min manat da versəm, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı ilə söhbəti həll edəcək. Mən də 5 min manatı Xalidin sürücüsünə verdim. Sonradan iş yenidən dayandırıldı və aldanıldığımı bildim".

Daha sonra hakimin suallarını cavablandıran X.Məmmədov E.Rufullayevin onun yanına tikinti işləri aparmaq üçün gəldiyini təsdiqləyib: "İlhamın tanışı idi deyə, qəbul etdim, sonra Qaçaya zəng elədim, onları onun yanına göndərdim. Düzdü, bu mənim səlahiyyətimdə olan bir şey deyildi. Mən də bunu İlhama görə etdim. Elsevər daha əvvəl icra hakimiyyətinə müraciət etməyib".

X.Məmmədov E.Rufullayevdən 40 min manat pul almadığını söyləyib: "Ondan pul almamışam. Ümumiyyətlə aramızda pul söhbəti olmayıb. Düzdü, aramızda telefon danışıqları olub".

Hakim bildirib ki, cinayət işində X.Məmmədov E.Rufullayev arasında çoxlu sayda telefon danışıqları olub.

Təqsirləndirilən şəxs bildirib ki, tikinti işi dayandırılan zaman Bakı Şəhər İcra Hakimiyyətinin Nail adlı əməkdaşı ilə danışıb: "O dedi ki, Elsevər Rufullayevin torpağının sənədi saxtadır".

Məhkəmədə elan olunub ki, həmin sənətdə Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı, mərhum Rəfael Allahverdiyevin saxta imzası olub: "Onlar keçmiş başçının imzası ilə saxta səhəd hazırlayıblar".

Hakim X.Məmmədov suallar verən zaman deyib ki, cinayət işində adı keçən E.Rufullayev, İlham Məlikov, Oruc Rzayev və Bakı Şəhər İcra Hakimiyyətinin Nail adlı əməkdaşı barəsində cinayət işi başlanılıb, ayrıca icraata ayrılıb və hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılır.

Məhkəmənin növbəti iclası yanvarın 18-nə təyin edilib.

Xalid Məmmədov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

İttihamda göstərilir ki, Xalid Məmmədov Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini işləyərkən qulluq mövqeyindən sui-istifadə edərək, bir sıra qanunsuz tikililərə icazə verib, rüşvət alıb. Bu əməlinə görə ona qarşı Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma), 34, 312-ci (rüşvət verməyə təhrik etmə), 178-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.

Məlumata görə, o, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilib. Xalid Məmmədov Xətai rayonunda bir sıra qanunsuz tikililərə görə və rüşvət almada təqsirləndirilir.

O, icra başçısı olmuş Razim Məmmədovun göstərişi ilə rayon ərazisində aparılan tikintilərə nəzarət edirmiş.

R.Məmmədov ötən ay Prezidentin sərəncamı əsasında vəzifəsindən azad olunub.

Xalid Məmmədov sərbəst ifadəsində özünü təqsirli bilmədiyini deyib . 27 yaşlı Xalid Məmmədov 2017-ci ildən Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sədr müavini işlədiyini bildirib.

X.Məmmədov deyib ki, rəisi Əvəz İsmayılov olub. Bildirib ki, işi məhəllə daxili küçələrin, əsas yolların kənarının və məişət tullantılarının təmizləməsinə nəzarət etmək olub.

Suallara cavab verən X. Məmmədov sürücüsünün zərərçəkmiş kimi tanınan Elsevər Rufullayevdən 50 min manat almadığını deyib.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› İşçilərə maaş əvəzinə bir qarın yemək veriləcək
››› Hər şeyə çarə bildiyimiz “paltar sabun”unun zərərləri
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Əcnəbi futbolçunun azərbaycanlı xanımı: "Bunu yoldaşıma surpriz etmişəm, baldızımla mənim fikrimdir"
››› Ortada yeyib kənarda gəzən Komitə, yaxud vəzifəsini anlamayanlara niyə maaş veririk...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Turistlərin axışdığı adanın sakinləri onların gəlməsini istəmir
Son xəbərlər
Bütün xəbərlər »