Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ramil Usubovdan daha yeddi təyinat - Siyahı

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov daxili işlər orqanlarında yeddi yeni təyinat üzrə əmr imzalayıb.

Məlumata görə, bir neçə polis idarəsi rəislərinin yeri dəyişdirilib.

Müvafiq olaraq Nərimanov Rayon Polis İdarəsinin rəisi Nəriman İmanov vəzifəsindən azad olunaraq Sumqayıt Şəhər Polis İdarəsinin rəisi, Sumqayıt Şəhər Polis İdarəsinin rəisi Əkbər İsmayılov vəzifəsindən azad olunaraq Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, Yasamal Rayon Polis İdarəsinin rəisi İsfəndiyar Mehbalıyev vəzifəsindən azad olunaraq Xəzər Rayon Polis İdarəsinin rəisi, Yevlax Rayon Polis Şöbəsinin rəisi Vaqif Müslümov vəzifəsindən azad olunaraq Nərimanov Rayon Polis İdarəsinin rəisi, Şəmkir Rayon Polis Şöbəsinin rəisi Cəmil Əmirov vəzifəsindən azad olunaraq Yasamal Rayon Polis İdarəsinin rəisi, Səbail Rayon Polis İdarəsinin rəisi Şəmşir Kazımov vəzifəsindən azad olunaraq İsmayıllı Rayon Polis Şöbəsinin rəisi, Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi Cavid Muradov vəzifəsindən azad olunaraq Səbail Rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyin ediliblər.

Əldə edilən məlumatları rəsmi olaraq Oxu.Az saytına Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə təsdiq edib.

Xatırladaq ki, Gəncə Şəhər Baş Polis İdarəsinin və Xəzər Rayon Polis İdarəsinin rəsiləri- müvafiq olaraq Faiq Şabanov və Azər Muradov tutduqları vəzifədən azad edilərək sərəncama götürülüblər.

Qeyd edək ki, bununla bağlı ilk məlumatı Report yayıb.

Paylaş »
››› Moskva görüşündən gözləntilər
››› Erməni əsirlərin güllələnmə videosu saxta çıxdı - Araşdırma
››› Azərbaycan Prezidenti və Ermənistan Baş naziri noyabrın 9-da Moskvada iki sənəd imzalayacaq
››› "İran həmişə Azərbaycanın əldə etdiyi nailiyyətlərə qısqanclıqla yanaşıb"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Rüsumların kəskin artırılması kasıbların imkanlarını daha da məhdudlaşdırdı
››› Telman İsmayılov Monteneqrodan sığınacaq alıb və həbsdən çıxıb
Son xəbərlər
Bütün xəbərlər »