Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qubada yeraltı təkanlar gözlənilir: Təşvişə əsas yoxdur
Anomal hava şəraitinin zəlzələ ocaqlarına heç bir təsiri yoxdur. Hazırda respublika ərazisində seysmik aktivlik fon səviyyəsindədir. Bizim proqnozlarımıza əsasən, yaxın 15 gündə yeraltı təkanları Qubada gözləməyə dəyər. Ancaq təşvişə ehtiyac yoxdur, çünki yeraltı təkanlar zəif olacaq.

Bu fikirləri Media.Az-a açıqlamasında Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Kompleks geokimya tədqiqatları” şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru Ramidə Kərəmova deyib.

Onun sözlərinə görə, Qubadakı zəlzələnin lokal maqnitudası 3,03-3,09 olacaq. O əlavə edib ki, “Kompleks geokimya tədqiqatları” şöbəsinin əməkdaşları Azərbaycanın altı seysmik zonasındakı 27 müşahidə obyektində hər gün monitorinqlər aparır.

Qeyd edək ki, seysmoflüidodinamik tədqiqatlar seysmogeokimyəvi və seysmohidrogeodinamik metodlarla aparılır. Yeraltı sular və Xəzər dənizinin suyu, həll olunmuş qazlar və yer səthinin radioaktiv emissiyaları həmin tədqiqatların obyektləridir.

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »