Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hitlerin ad gününü qeyd edənlər həbs olundular

Polşada nasist ideologiyasının banisi Adolf Hitlerin ad gününü qeyd edən altı nəfər məhkəmə qarşısında cavab verəcək. Onları nasizmin təbliğində ittiham edirlər.

Bizimyol.info xəbər verir ki, məsələ jurnalistlərin bir tədbirdə gizlin iştirakı zamanı ortaya çıxıb. TVN24 telekanalı “Qürur və müasirlik” təşkilatının meşədəki yığıncağından görüntülər çəkməyi bacarıb. Tədbir iştirakçıları nasist marşları ifa edib, Hitlerin şəninə tostlar səsləndirib, alman diktatorun xüsusi salamlaşma prosedurunu yerinə yetirblər. İştirakçılar meşəyə həm də çoxlu nasist bayraqları ilə gəliblər.

Telekanalın reportajından dərhal sonra altı nəfər haqda cinayət işi açılıb, onlar həbs olunublar. İstintaqa 60 şahid, 10-dan artıq ekspert cəlb olunub. İşə Vodzislav-Slensk şəhər məhkəməsi baxacaq.

Tədbirin təşkilatçısına ayrıca cinayət işi də açılıb. O, nasist salamı verməkdə və qanunsuz silah gəzdirməkdə ittiham olunur.

Hələ bir müddət əvvəl Polşada nasismin təbliğatında ittiham olunan başqa bir vətəndaş həbs təhlükəsi yaşamışdı. Onda həmin adam 13 min zlot (təxminən 3,5 min dollar) cərimə ödəməklə canını həbsxanadan qurtarmışdı.

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »