Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Konqresi prezidentin tərcüməçilərini dindirməkdə israrlıdır

ABŞ senatorları prezident Donald Trampın tərcüməçilərinin dindirilməsini tələb edir. Söhbət Trampla Rusiya prezidenti Vladimir Putinin görüşündə iştirak etmiş tərcüməçilərindən gedir.

Bizimyol.info xəbər verir ki, ABŞ Konqresinin senatorları Bob Menendes və Cek Rid Ağ evə məktub göndərərək, tərcüməçilərin dindirilməsinə razılıq istəyiblər. Senatın saytında, Menendesin səhifəsində də bu barədə açıq yazılıb.

“Bu gün Ağ evə məktub göndərib prezident Trampın rusiyalı həmkarı Putinlə danışıqlarının yazısını saxlayıb-saxlamadığı haqda məlumat istədik. Senatorlar həm də Ağ evdən Konqresin görüşdə iştirak etmiş tərcüməçilərin dindirməsinə izacə verilməsini xahiş etdik”, - açıqlamada deyilir.

Senatorlar vurğulayır ki, Tramp-Putin danışıqlarının detallarını öyrənmək istəməkdə məqsədləri yalnız ABŞ-ın milli təhlükəsizliyinin təmin olunmasıdır. Konqresmenləri narahat edən odur ki, Tramp tərcüməçilərinə görüşün detallarını, hətta öz administrasiyasının yüksək vəzifəli şəxslərinə də danışmağı qadağan edib.

Amerikanın ABC telekanalı Konqresin tərcüməçiləri dindirmək istəməsi barədə xəbər yayandan sonra Tramp deyib ki, o, Putinlə danışıqlarının detallarını heç vaxt gizlətməyib.

Paylaş »
››› Hər şeyə çarə bildiyimiz “paltar sabun”unun zərərləri
››› İşçilərə maaş əvəzinə bir qarın yemək veriləcək
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Əcnəbi futbolçunun azərbaycanlı xanımı: "Bunu yoldaşıma surpriz etmişəm, baldızımla mənim fikrimdir"
››› Ortada yeyib kənarda gəzən Komitə, yaxud vəzifəsini anlamayanlara niyə maaş veririk...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Turistlərin axışdığı adanın sakinləri onların gəlməsini istəmir
Son xəbərlər
Bütün xəbərlər »