Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rəsm çəkdiyinə görə şagirdini döydü - Video
Sosial şəbəkələrin Rusiya seqmentində Tolyati şəhərinin məktəblərindən birində baş vermiş insident geniş müzakirə obyektinə çevrilib. Müəllimlə məktəbli qız arasında baş verən münaqişənin həvəskar görüntüsü yayılıb.

Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, videodan müəllimin şagirdi necə döydüyünü görmək olur.

Videonun təsvirində, insidentin şagirdin dərs vaxtı rəsm çəkməsinə görə baş verdiyi qeyd olunur. Qəzəblənmiş müəllim qızın partasına yaxınlaşaraq üzərində olan bütün əşyaları çılğın şəkildə yerə atır və qızı şillələməyə başlayır.

“Dəli olmusunuz?”, - deyə şagird etiraz edib. “Mən, hə, sən isə yox. Sənin özünü şagird kimi aparmağını istəyirəm”, - deyə müəllimə söyləyib.

İnsident məktəbin beşinci sinfində baş verib. Tez-tez uşaqlara qarşı zorakılığa əl atan müəllimin məktəbin tədris hissə müdiri olduğu bildirilir.

Paylaş »
››› Bal bazarındakı acı gerçəklər - Fotolar
››› Türkiyədə dollar dayanmaq bilmir: Rekord ardınca rekord gəlir
››› Tarixi yenidən yazan fakt ortaya çıxdı: Amerikanı Kolumb kəşf etməyib
››› "Qarşımdan qara pişik keçdi", "gecə saç darama", "sağ ovucum qaşınır"... - Doğrular və yalanlar
››› Məşhur azərbaycanlı iş adamı adını dəyişdi
››› Təbii qaz faktoru - İranın şıltaqlıqlarının daha bir səbəbi
››› İran prezidenti: Xarici qüvvələr qonşularımızla münasibətlərimizi pozmaq istəyir
Son xəbərlər
Bütün xəbərlər »