Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp 2-ci Dünya Müharibəsindən bu yana ən pis prezidentdir - Antirekord

ABŞ prezidenti Donald Trampın reytinqi heç vaxt olmadığı dərəcədə aşağı həddə düşüb. İki il ərzində ölkə əhalisinin orta hesabla yalnız 39 faizinin dövlət başçısını dəstəklədiyi məlum olub.

Bizimyol.info xəbər verir ki, bu həm də 2-ci Dünya Müharibəsindən bu yana prezidentlər arasındakı ən aşağı göstəricidir. İndiyə qədər ən pis nəticə Ronald Reyqana məxsus idi. Prezident kimi fəaliyyətinin ikinci ilində Reyqanı amerikalıların 43,3 faizi dəstəkləyirdi.

Ronald Reyqan

Əslində, Donald Trampın vəziyyəti son bir ildə nisbətən yaxşılaşıb. Prezidentliyinin ilk ilində ona inananların sayı daha az idi. Onda söhbət 38,4 faizdən gedirdi. Keçən bir ildə isə amerikalıların 40,4 faizi ona etimad göstərməyə başlayıb.

2-ci Dünya Müharibəsindən sonra demokratlardan Barak Obama, Bil Klinton və Cimmi Karter də prezidentliyin ikinci ilində seçicilərin 40 faizinin etimadını qazanmışdı. Riçard Niksonda bu göstərici daha yüksək idi: 56 faiz. Qalan 4 prezident isə ən azı 65 faiz dəstək qazanmışdı.

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »