Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ayda yetişdirilən bitkilər məhv oldu

Bəşər tarixində ilk dəfə olaraq Ayda, süni ekosistemdə yetişdirilmiş toxumlar tələf olub.

Oxu.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Bir neçə gün əvvəl Çinin Ayın əks tərəfinə enən "Çanye-4" zondunda kartof, pambıq və digər bitkilərə aid toxumların yetişdirilməsi ilə bağlı eksperiment aparılırdı.

Foto: Çinin Ayda Tədqiqatlar Proqramı

İlk mərhələdə təcrübə kifayət qədər uğurlu olmuşdu, hətta pambıq toxumlarının cücərdiyi xəbəri yayılmışdı.

Çinin Aya göndərdiyi aparat

Çinli alimlər bitkilərin tələf olmasını "Ay gecəsi" hadisəsi ilə izah edib. Belə ki, bu hadisə baş verən zaman temperatur kəskin şəkildə - mənfi 170 dərəcəyə qədər düşə bilir.

Son xəbərlər
Bütün xəbərlər »