Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hövsanda panika: Hamı çörək alır – Foto

Bu gecədən başlayaraq, yanvarın 18-nə qədər Bakıda və Abşeron yarımadasında gözlənilən xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq Hövsan qəsəbəsində panika yaradıb.

Bizimyol.info Axar.az-a istinadən xəbər verir ki, xəbərdarlığın mahiyyətini anlamayan bəzi şəxslər axşam saatlarından etibarən qəsəbədəki mağazalardan 2-3 günlük ehtiyat üçün çörək, un, şəkər tozu və digər zəruri qidalar alıblar. Nəticədə bir neçə saat ərzində mağazalarda çörək qıtlığı yaşanıb.

“Ballı” marketin satıcısı bildirib ki, digər filiallarında da çörək bitib.

Hövsandakı “Araz” marketdə də çörək rəfləri boşalıb. Hazırda marketlər əlavə çörək gətirilməsi üçün müraciət etdiklərini bildiriblər.

Qeyd edək ki, Bakı və Abşeron ərazisində havanın temperaturunun +2 dərəcəyə enəcəyi bildirilir ki, bu da yolların buz bağlayacağını və ərzaq daşınmasında hər hansı çətinlik olacağını ehtimal etməyə əsas vermir. Yalnız güclü külək və qasırğa xəbərdarlığı edilib.

Paylaş »
››› “250 min manatı icra başçısı mənimsəyib, amma məni həbs ediblər”
››› Şəhid ailəsinə verilən inəkdən qəribə davranış - Nazirlikdən açıqlama
››› Ata Abdullayev məhkəmədə ağladı
››› Ermənistan Hərbi Qənimətlər Parkının bağlanmasını istəyir
››› Rəqib komandanın qoluna sevinən futbolçunu məhşər ayağına çəkirlər - Video
››› Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb
››› Birinci sinif şagirdinin ölümünə səbəb kornavirusdur? – Həkimdən açıqlama
Son xəbərlər
Bütün xəbərlər »