Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Filmdən ilhamlanaraq yaradılmış internet dini: Dudeizm
Joel ve Ethan Coen’in rejissorluğunu etdiyi The Big Lebowski‘nin baş rolunda məşhur aktyor Jeff Bridges oynayır. Bu məşhur film həyatını tənbəllik içində yaşayan Jeffrey “The Dude” Lebowski’nin hekayəsindən bəhs edir. Olduqca böyük fanatı olan bu film’in IMDb göstərici də hal-hazırda 8.2 baldır. Bu isə heç də az deyil!

Bəs, Dudeizm dininin bu filmlə nə əlaqəsi var?

1984-cü ildə Blood Simple ilə film dünyasına addım atmış və karyeraları boyunca Oscar, BAFTA və bir çox başqa mükafatların laureatı olmuş Coen qardaşlarının klassikaya çevrilmiş bu filmindən təsirlənərək Dudeizm “din”ini 2005-ci ildə tay əsilii Los Angeles’li jurnalist Oliver Benjamin yaratmışdır.

Dudeizmi əsasən Taoizmin müasirləşmiş versiyası hesab etmək olar. Benjamin’in fikrincə din “məsləhət verməməyi əsas tutan, mümkün olduğu qədər teoriyada hiss etdiyiniz…” şəklində konkretləşdirilib. Dudeizm dünyanın ən yavaş böyüyən dini olsa da, hazırda 250 minə yaxın rahibi var. Hətta Amerikanın bir çox ştatında toylarda və fərqli tədbirlərdə səhnələrə çıxmağa belə icazə verilir.

The Church of the Latter – Day Dude adı altında yığıncaqlar keçirən qrup, həyatı öz axarına buraxmağı, çətinliklər qarşısında sakit dura bilməyi fəlsəfələrinin əsası hesab edirlər. Bu prinsiplərin insanlar arasında münasibət qurmaqda ən yaxşı variant olduğu düşünülür.

Benjamin vebsaytlarnda verdiyi açıqlamada “Dünyada yayılan dinlər 2000 il əvvəldən başlayır, bununla da daima dəyişməkdə olan dünyaya, insanlara uyğun olmaları və suallarına cavab vermələri mümkün deyil. Dudeizm digər dinlərdəki mesajları bir yerə toplayıb, sadələşdirir və lazımsız doqmalardan özünü təmizləyir,” deyə dudeizmi başa salır.

Dudeizm gündəlik həyatda zövqlərin – duş almaq, bowling oynamaq, dostlarla vaxt keçirmək kimi insanın xoşbəxt olduğu və çox da fikir etməli olmadığımız şeylərin bol olduğunu deyil. Nə demək olar, bəlkə də həyatı olduğu kimi yaşamaq və Benjamin kimi lazımsız detallardan uzaq durmalıyıq.

pahoo.az

Son xəbərlər
Bütün xəbərlər »