Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hollandiyalı türk İŞİD-ə qoşulan qızını atla xilas etdi - Bir ailənin dramı

Hollandiyanın Rotterdam şəhərindəki məhkəmə İŞİD-ə qoşulmaq üçün 2 il əvvəl Suriyaya gedən türk əsilli Melis Atıcını ayağına qandal vurulmaq şərtilə sərbəst buraxıb.

Bizimyol.info Ölkə.Az-a istinadən xəbər verir ki, 6 aydır Hollandiyada həbsxana həyatı yaşayan 23 yaşlı Melisin atası Faruk Atıcının köməyi ilə İŞİD-çilərdən qurtulduğu üzə çıxıb. Faruk Atıcı qızı Melis və 5 aylıq körpəni xilas etmək üçün mübarizəsini NOS telekanalına danışıb.

Melisin sevgilisi Yusif bir neçə il əvvəl İŞİD-ə qoşulmaq üçün Suriyaya gedib. Melis isə Yusifə aşiq olduqdan sonra getdikcə radikallaşıb. İki il əvvəl isə “Cənnətə gedəcəm” deyərək Hollandiyadan Suriyaya qaçıb.

Faruk Atcı bu barədə polisi məlumatlandırıb. Ailə uzun müddət övladları ilə əlaqə saxlaya bilməyib. Bir müddət sonra Melisin Yusif adlı terrorçudan övladı dünyaya gəlib. İŞİD-ə qarşı əməliyyatlar başlayandan sonra Melis ailəsinə zəng edərək evə qayıtmaq istədiyini bildirib. Bu ərəfədə hava hücumu nəticəsində Yusif də ölüb. Melisa da insan qaçaqçılarının köməyi ilə Türkiyəyə keçmək istəyib. Amma aramsız bombardman səbəbindən Türkiyəyə keçə bilməyib. Sərhəd bölgəsində kürdlər tərəfindən saxlanılan Melis körpəsi ilə birlikdə Suriyanın şimalındakı PKK düşərgəsinə aparılıb.

Suriyada isə Hollandiyanın diplomatik nümayəndəliyi olmadığı üçün Melisin evə qayıtma cəhdi boşa çıxıb. Bundan sonra isə Faruk qızını özü xilas etmək qərarına gəlib.

Bir neçə dəfə Türkiyəyə səfər edən Atıcı insan alverçiləri ilə əlaqə yaradır. Lazım olan pulu təmin etmək üçün isə evini satan Faruk ötən yay çətin bir səfərə çıxıb.

Bəzən taksi, bəzən də qayıqla, bəzən piyada, bəzən də at belində Türkiyədən İraqa, oradan da Suriyanın şimalına gedib. Qızının həbs edildiyi düşərgəni tapan Atıcı uzun müzakirələrdən sonra qızını xilas edib. Melis atasını qarşısında görəndə çaşqınlığa düşüb.

Əsl çətinlik isə bundan sonra başlayıb. Gecə yarısı ata, qızı və 5 aylıq nəvəsi insan alverçilərinin müşayəti ilə at belində Suriyadan İraqın şimalına doğru yola çıxıblar.

Atıcı hadisələri belə xatırlayır:

“Çox təhlükəli idi. Rəsmi sənədimiz yox idi. Böyük riskə girdik. Amma şansımız gətirdi, həmişə ağlayan körpə o gecə ağlamadı. Çətinliklə Ərbilə çatdıq. Oradakı Hollandiya konsulluğuna getdik. Amma burada da sənədlərin hazırlanması üçün ana və körpənin DNA testi lazım oldu. Melis və körpədən alınan nümunələr analiz üçün Hollandiyaya göndərildi”.

Faruk Atıcı, Melis və körpə ölkəyə sənədsiz daxil olduqları üçün İraq hökuməti tərəfindən həbs edilir. Kiçik bir kamerada 75 nəfərlə birlikdə cəza çəkən Faruk Atıcı nə tualet, nə duş, nə də normal yatağın olmadığını deyir. Həbsxanada isə məhkumları hər gün döyür, azyaşlıları zorlayıblar.

İki ay sonra DNA nəticələri gəlib və sənədlərin hazırlanması üçün ata, qızı və nəvəsi azadlığa buraxılıb. Atası və körpəsi ilə Ərbildən Hollandiyaya uçan Melis 6 ay əvvəlcə Amsterdamın hava limanında terror qruplaşmasının üzvü olduğu ittihamı ilə həbs edilir...

Paylaş »
››› Bal alarkən aldanmayın: Təbii balı tanımağın 5 üsulu - Ekspertdən məsləhət
››› Azərbaycan ordusu Türkiyə modelinə necə keçir...
››› Kainatımızı ali varlıqlar laboratoriya şəraitində yaradıblar - İlginc iddia
››› "Zəngəzur dəhlizi tamamilə Azərbaycanın öhdəliyinə verilməlidir"
››› Azərbaycanın "orijinal" müalicə müəssisələri: Sağlam adamı xəstələndirirlər...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Oktyabrın 25-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »