Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərsun Holdinq”dən 100 nəfərin işdən çıxarılması xəbəri ilə bağlı yeni açıqlama

"Azərsun Holdinq" MMC şirkətdə 100-ə yaxın işçinin ixtisar olunması ilə bağlı yayılan xəbərlərə yenidən münasibət bildirib.

Şirkətin İctimaiyyətlə əlaqələr və biznesin inkişafına dəstək departamentinin müdiri Afiq Səfərov Yeniavaz.com-a bildirib ki, mediada yayılan xəbərlərdə anlaşılmazlıq olub:

"Şirkətdə fövqəladə bir hal baş verməyib, fəaliyyətini normal şəkildə davam etdirir. Ötən il ərzində şirkətdən 100 nəfər işçi çıxarılması və ya şirkətə qəbul olunması normal bir haldır. Mediada şirkətin hər hansı bir bölməsinin bağlanması və 100 nəfər işçinin işdən çıxarılması fikri yanlış anlaşılıb".

Afiq Səfərov

"Bildirmək istərdim ki, sözügedən 100 işçi şirkətimizdən eyni vaxtda yox, il ərzində çıxarılıb və tədricən onların yerinə yeni işçilər götürülüb",-deyə Afiq Səfərov vurğulayıb

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
››› Ukrayna Dombasda ilk dəfə “Bayraktar” pilotsuz təyyarəsindən istifadə edib
Son xəbərlər
Bütün xəbərlər »