Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda daha bir şəxsə vəzifə verildi

AMEA Rəyasət Heyəti Aparatında Mətbuat və informasiya idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsi – mətbuat xidmətinin müdiri Səbuhi Qəhrəmanov AMEA-nın "Elm" nəşriyyatına direktor təyin edilib.

Akademiyadan publika.az-a verilən məlumata görə, S.Qəhrəmanov 2009-cu ildə Bakı Dövlət Universitetinin Nəşriyyat işi və redaktəetmə ixtisasının baka­lavriat pilləsini, 2012-ci ildə isə magistratura pilləsini fərqlənmə diplomları ilə bitirib. 2018-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Ədəbi-tarixi prosesin problemləri və istiqamətləri (XX əsrin 20-30-cu illəri)" mövzusunda fəlsəfə doktorluğu dissertasiyası müdafiə edib.

O, 2011-ci ildə AMEA-nın "Elm" nəşriyyatında əmək fəaliyyətinə başlayıb, 2014-cü ilədək ədəbi redaktor, Nəşriyyat şöbəsinin müdiri vəzifələrində işləyib. 2015-ci ildən 2019-cu ilədək AMEA Rəyasət Heyəti aparatında Mətbuat və informasiya idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsi – mətbuat xidmətinin müdiri vəzifəsində çalışıb.

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »