Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azəriqaz” gücləndirilmiş rejimə keçdi: təbii qazın verilişi artırılacaq
Hava şəraitinin kəskin dəyişməsi səbəbindən “Azəriqaz” İstehsalat Birliyi gücləndirilmiş iş rejiminə keçəcək.

Bu barədə Oxu.Az-a “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev məlumat verib.

O bildirib ki, 104 və 185 nömrəli “Çağrı Mərkəzinin” iş fəaliyyəti gücləndirilib:

“Ölkə ərazisində qeyd edilən günlərdə qaz təsərrüfatında qaz təchizatının məhdudlaşdırılması istiqamətində hər hansı tədbirlər nəzərdə tutulmayıb. Yalnız qəza halları istisna olmaqla, bunun üçün Birliyin təmir-tikinti idarəsinin işçi heyəti lazımi maşın, mexanizm, alət-avadanlıqla tam təmin olunub.

Bunu da qeyd edək ki, havanın temperaturu aşağı düşdükcə, əhali arasında təbii qaza olan tələbat artır. Bu artımı nəzərə alaraq da təbii qazın verilişi nisbətən artırılacaq. Ötən iki günlə müqayisədə respublika üzrə qaz sərfiyyatında 628 min kubmetr müşahidə edilib. Bundan sonra hava şəraitinə və əhalinin tələbatına uyğun olaraq təbii qaza olan tələbat artacaqsa, təbii qazın verilişi də müvafiq olaraq artırılacaq”.

İ.Kərbəlayev onu da qeyd edib ki, təbii qazın verilməsinə tələbatın artmasını nəzərə alaraq Birlik bütün təbii qaz istehlakçılarını ehtiyatlı olmağa çağırıb.

Paylaş »
››› Bal alarkən aldanmayın: Təbii balı tanımağın 5 üsulu - Ekspertdən məsləhət
››› Azərbaycan ordusu Türkiyə modelinə necə keçir...
››› Kainatımızı ali varlıqlar laboratoriya şəraitində yaradıblar - İlginc iddia
››› "Zəngəzur dəhlizi tamamilə Azərbaycanın öhdəliyinə verilməlidir"
››› Azərbaycanın "orijinal" müalicə müəssisələri: Sağlam adamı xəstələndirirlər...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Oktyabrın 25-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »