Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya dolları əvəz etməyin yolunu tapıb

Rusiya rublu son zamanlar dəyər itirsə də, qonşu ölkə bu yöndə çox da bədbin deyil.

Rusiya Kənd Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının rektoru Vladimir Mau hesab edir ki, kriptovalyutaların qlobal valyuta sisteminin əhəmiyyətli hissəsi olmaq şansı böyükdür: “On il əvvəl böhran dövründə biz müxtəlif valyuta konfiqurasiyaları haqda düşünürdük: yuan, süni ödəmə vasitələri, regional valyuta ehtiyatları. Amma indi görürük ki, kriptovalyutalar etibarlı texnoloji formatına əsaslanır”.

Bizimyol.info xəbər verir ki, rektor kriptovalyutaların gələcəyinə çox inanır. Mau ABŞ dolları haqda inamlı danışmayıb: “Dünya valyuta bazarında nə baş verəcəyini bilmək olmaz”.

Bitcoin

Əslində, 2018 kriptovalyuta bazarı üçün yaxşı il olmayıb. 2017-ci ilin sonunda bitkoin 20 min dollar psixoloji həddini keçmişdi. İndi bu kriptovalyutanı təxminən 3600 dollara əldə etmək mümkündür. Buna baxmayaraq, Rusiyanın baş naziri Dmitri Medvedev kriptovalyutaları dəfn etməyə tələsməməyə çağırıb.

Ümumiyyətlə, Rusiya rəsmiləri mümkün qədər dollarla bağlı yüksək fikir deməməyə çalışır.

Paylaş »
››› Hansı bürclərin nümayəndələri kin saxlayır...
››› Yoxsul ölkədə bahalı məşğuliyyət: Bakıda alıcılar "İphone 13" üçün mağazalara axışdı
››› Evlərin qiyməti niyə artır... - Səbəblər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ABŞ “F-35”-ə ödənilən vəsaitin əvəzinə Türkiyəyə "F-16" qırıcı təyyarələri təklif edib
››› Pakistanın Ankaradakı səfiri "Üç Qardaş Təlimi" barədə danışıb
››› Azərbaycanda baş verən ağır yol qəzasında 4 nəfər ölüb, yaralanan var
Son xəbərlər
Bütün xəbərlər »