Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Naxçıvanın sabiq nazirinin qardaşının Məhkəməsində "Hacı Vasif" ifadə verdi
Bakı Ağır Cinayətlər Məhkəməsində Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Bizimyol.info xəbər verir ki, Ə.Əhmədov iki nəfərdən - Rəşad Tahirov və Hörmət Əskərovdan 140 min dolları hədə-qorxu ilə almaqda təqsirləndirilir.

Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində işdə adı bir neçə dəfə "Hacı Vasif" kimi keçən şahid Vasif İsmayılov ifadə verib.

O bildirib ki, təqsirləndirikən şəxsi çoxdan tanıyır və onunla yaxın münasibətləri olub. O, Əvəz Əhmədovla həcc ziyarətində olduğunu da söyləyib.

Sərbəst ifadə verən Vasif İsmayılov bu işlə bağlı bildiklərini belə danışıb: "Mənə Habil zəng eləmişdi. Rəşad adlı tanışının Əvəz Əhmədova pul borclu olduğunu dedi. Məndən xahiş elədi ki, Əvəz müəllimlə görüşək və ondan vaxt verməsini istəyək. Mən də razılaşdım və Əvəz müəllimə zəng elədim. O da bizi görüşə çağırdı. Mən, Habil, Rəşad görüşə getdik. Normal söhbət oldu, çay içib danışdıq. Habil dedi ki, pulu ödəmək üçün vaxt versin. Əvəz müəllim dedi ki, yerli kimi sənə hörmət edirəm, amma pul ödənilməsə necə olacaq? Habil dedi ki, əgər ödəməsə, özü ödəyəcək. Söhbət bitdi və çıxıb gəldik".

Vasif İsmayılov həmin söhbətdə heç bir mübahisə və hədə-qorxunun olmadığını deyib.

Məhkəmədə şahidlərin dindirilməsi başa çatıb. Daha sonra isə sənədlərin tədqiqi mərhələsi başlayıb.

Məhkəmənin növbəti iclası yanvarın 23-nə təyin edilib.

İttihama görə, 2016-cı ildə H.Əskərovun Ə.Əhmədova borcu olub. Ə.Əhmədov da faizlə borcunu geri almaq məqsədi ilə onun ofisə gəlib, girov saxlayıb. Daha sonra Ə.Əhmədov H.Əskərovun qohumu R.Tahirova zəng edib, ondan hədə-qorxu ilə 140 min dollar pul tələb edib. H.Əskərov daha əvvəl Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb Xidməti rəisi, tibb xidməti polkovniki olub. 2015-ci ilin dekabr ayında nazir Zakir Həsənov onu vəzifəsindən azad edib.

H.Əskərov da dələduzluq ittihamı ilə həbs edilib və hazırda ibtidai istintaqı davam etdirilir. Onun barəsində bu iş üzrə digər zərərçəkmiş R.Tahirova qarşı dələduzluq etmə ittihamı irəli sürülüb. H.Əskərov R.Tahirovun arvadının qohumudur.

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »