Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avtomobili sığorta olunan şəxsə üç dəfə cərimə yazıldı - Video

Avtomobili icbari sığorta olunan şəxsə üç dəfə cərimə yazılıb.

“Xəzər” TV məlumat verir ki, hadisə paytaxt sakini Canbaxış Nəcəfovun başına gəlib.

O, ötən ilin oktyabr ayının 25-də 90-VS-037 dövlət qeydiyyat nişanlı avtomobilini növbəti bir il üçün icbari sığorta etdirib. Buna baxmayaraq, onun avtomobilinə noyabr ayının 4-də, dekabr ayının 7-də və bu ilin yanvar ayının 2-də sığorta olunmadığına görə cərimə protokolları tərtib edilib.

Bundan sonra avtomobil sahibi məsələnin araşdırılması üçün aidiyyəti qurumlara ərizə ilə müraciət edib.

Son xəbərlər
Bütün xəbərlər »